“Ailəm – mənim dəyərim” layihəsi çərçivəsində sonuncu təlim həyata keçirildi
Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib
Ceyhun Bayramov Qırğızıstanı BMT TŞ-nin qeyri-daimi üzvü seçilməsi münasibətilə təbrik edib
XİN: Gürcüstan "3+3" formatında keçiriləcək görüşdə iştirak etməyəcək
23 Sentyabr 2025 18:33
5 579
Almaniyanın Nürnberq şəhərində yerləşən Türk tarixi və mədəniyyətləri muzeyində "Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım" İctimai Birliyinin həyata keçirdiyi "Qərbi Azərbaycan sənətkarlığı" layihəsi başa çatıb.
İctimai Birlikdən Xalqcebhesi.az-a verilən məlumata görə, Azərbaycanın zəngin mədəni irsinin avropalılara tanıdılması məqsədilə 5 gün ərzində bu şəhərdə yerləşən Obyektiv Kültür Mərkəzində, Türk Tiyatrosunda, Mədinə dərnəyində müxtəlif tədbirlər keçirilib.
Tədbirlər zamanı Azərbaycanın tanınmış tətbiqi sənət ustaları Lalə, Toğrul, İsgəndər Sərdarlıların əsərləri yerli sənətsevərlərə nümayiş etdirilib. Burada əsasən onların hazırladığı mücrülər, digər dekorativ tətbiqi sənət nümunələri tanıdılıb.
Tədbirlər çərçivəsində " Türk Tiyatrosu"nun təşkilatçılığı ilə Azərbaycan Türk musiqi gecəsi də keçirilib. "Qərbi Azərbaycan sənətkarlığı" layihəsinin Almaniya mərhələsinə həsr edilmiş tədbirlərə sonuncu İrəvan xanının varisi Əmir Əli Sərdari İrəvani də qatılıb.
4 İyun 10:56
1 456
2 İyun 20:00
10 213
1 İyun 18:57
2 366