16:50
581
Bakıda və Abşeron yarımadasında gözlənilən hava
Bakıda və Abşeron yarımadasında dekabrın 7-si axşamdan 10-u axşamadək arabir yağış yağacağı, bəzi yerlərdə yağışın leysan xarakterli olacağı gözlənilir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında deyilir.
Azərbaycanın hansı rayonlarında leysan və qar yağacaq?
Məlumata əsasən, Azərbaycanın rayonlarında isə dekabrın 7-si səhər qərb rayonlarından başlayaraq 11-i axşamadək bəzi yerlərdə hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Qazax-Gəncə, Quba-Qusar, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntının leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Çaylarda sululuq
Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.