Suriya prezidenti NATO sammiti zamanı Ankaraya səfər edə bilər Gündəm

Suriya prezidenti NATO sammiti zamanı Ankaraya səfər edə bilər

Suriya Prezidenti Əhməd əş-Şaraa iyulun 7-8-də keçiriləcək NATO sammiti zamanı Türkiyənin paytaxtı Ankaraya səfər edə bilər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə mənbələrə istinadən "Bloomberg" agentliyi məlumat yayıb.

Məlumata görə, səfər birbaşa sammitlə bağlı olmayacaq. Bununla belə, sammit çərçivəsində regional təhlükəsizlik, terrorizm və Suriyanın bərpası məsələlərinə dair görüşlər keçirilə bilər.

Türkiyə hökuməti və Suriya İnformasiya Nazirliyi agentliyin bu məlumatını şərh etməkdən imtina ediblər.

NATO-nun 36-cı sammiti iyulun 7-8-də Ankaradakı Beştəpə Prezident Kompleksində baş tutacaq. Buna qədər Türkiyə alyansın ali səviyyəli görüşünə 2004-cü ildə İstanbulda ev sahibliyi etmişdi.

Məryəm Quliyeva