Pakistan qırıcıları İran prezidentinin təyyarəsini müşayiət edib Dünya

Pakistan qırıcıları İran prezidentinin təyyarəsini müşayiət edib

İran Prezidenti Məsud Pezəşkianın təyyarəsini İslamabada uçuşu zamanı Pakistan Silahlı Qüvvələrinin altı qırıcı təyyarəsi müşayiət edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İran prezidentinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, hava limanına gəliş zamanı İran nümayəndə heyətini Pakistan Prezidenti Asif Əli Zərdari və Baş nazir Şahbaz Şərif qarşılayıb, həmçinin yüksəkrütbəli İran nümayəndə heyətinin səfəri şərəfinə 16 artilleriya atəşi açılıb.

Pezəşkian, İranın xarici işlər naziri Abbas Araqçinin müşayiəti ilə birgünlük rəsmi dövlət səfəri ilə Pakistandadır.

Məryəm Quliyeva