Suriya prezidenti NATO sammiti zamanı Ankaraya səfər edə bilər
Pakistan qırıcıları İran prezidentinin təyyarəsini müşayiət edib
İyunun 29-dək qeyri-sabit hava şəraiti gözlənilir - XƏBƏRDARLIQ
"Dövlətlərin gücü təkcə təbii sərvətlərlə ölçülmür" - Sadiq Qurbanov + FOTO
Türkiyə ilə Ermənistan arasında dəmir və avtomobil yollarının bərpası işləri müzakirə olunub
15:43
644
Azərbaycan Mərkəzi Bankı “Global İnnovations” MMC və “United Payment” MMC-yə icrası məcburi göstərişlər verib.
Bu barədə AMB xəbər verir.
Belə ki, “Global İnnovations” MMC-də "Ödəniş təşkilatları və elektron pul təşkilatları tərəfindən fəaliyyətin təşkili və həyata keçirilməsi Qaydası"nın 4.2-ci bəndi ilə əlaqədar məcmu kapitalın minimum miqdarına dair tələbin, eləcə də digər normativ tələblərin pozulması halları müəyyən edilib. Bununla əlaqədar olaraq, Mərkəzi Bank tərəfindən "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanunun 63.1-ci maddəsinə əsasən şirkətə pozuntuların aradan qaldırılması üçün icrası məcburi olan göstəriş verilib.
Bundan başqa, tənzimləyici tərəfindən “United Payment” MMC-də aparılan yerində yoxlama zamanı aidiyyəti qanunvericilik və normativ aktların tələblərinin pozulması halları aşkarlanıb. Nəticədə, "Mərkəzi Bank haqqında" qanunun 48.2.4-cü və "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanunun 63.1-ci maddələrinə əsasən şirkətə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə sahəsində mövcud çatışmazlıqların aradan qaldırılması məqsədilə icrası məcburi göstərişlər verilib.