09:50
434
İstanbulda FETÖ təşkilatının fəaliyyətinin araşdırılması çərçivəsində qurumla əlaqədə və şifrələnmiş "ByLock" tətbiqindən istifadə etməkdə şübhəli bilinən 19 nəfər saxlanılıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "TRT Haber" telekanalı məlumat yayıb.
Əməliyyat İstanbul Prokurorluğunun koordinasiyası ilə Şəhər Təhlükəsizlik İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə və Kəşfiyyat şöbələrinin əməkdaşları tərəfindən keçirilib.
İstintaqın məlumatına görə, şübhəlilər əvvəllər məhkəmə iclaslarının katibləri, həbsxana nəzarətçiləri və məhkəmə icraçıları da daxil olmaqla, məhkəmə orqanlarında vəzifələrə seçim mərhələsindən keçiblər. Arxiv və FETÖ-nün "sədaqət siyahıları"nın təhlili zamanı hüquq-mühafizə orqanları təşkilatla əlaqəsi olan şəxsləri, o cümlədən "ByLock" istifadəçilərini müəyyən ediblər. Əməliyyat zamanı rəqəmsal daşıyıcılar və digər sübutlar müsadirə olunub, saxlanılanlar arasında bir nəfər fəaliyyətdə olan dövlət qulluqçusu da var.
Məryəm Quliyeva