10:20
455
Belçika 2026-cı ilin sonunadək Ukraynaya 10 ədəd "F-16" qırıcısı təhvil vermək niyyətindədir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Belçikanın Baş naziri Bart De Vever Brüsseldə Aİ sammiti çərçivəsində Volodimir Zelenski ilə görüşündən sonra bəyan edib.
"Ukraynanın döyüşə qadir qırıcılara ehtiyacı var və biz öz töhfəmizi verə bilərik. Bu il 10 təyyarə tədarük edəcəyik", - deyə De Veverin sözlərini "Belga" agentliyi sitat gətirib.
Belçika hökumət başçısı qeyd edib ki, hərbi texnikanın ötürülməsi qrafiki Belçika ordusunun silahlanmasında olan "F-16"ları əvəz etməli olan Amerikanın "F-35" qırıcılarının ölkəyə çatdırılmasındakı ləngimələr səbəbindən gecikib.
Qeyd edək ki, Belçika Krallığının Hərbi Hava Qüvvələrinin balansında orta istismar müddəti 40 il olan 200-dən çox təyyarə olsa da, yerli medianın qiymətləndirməsinə görə, onların 40-dan çoxu işlək vəziyyətdə deyil. "F-35"lərin alqısında yaranan gecikmələr səbəbindən bu vaxta qədər təhvil prosesi baş tutmamışdı.
Məryəm Quliyeva