Tramp: "Zelenski ilə anlaşmaq Putinlə müqayisədə daha çətindir" Dünya

Tramp: "Zelenski ilə anlaşmaq Putinlə müqayisədə daha çətindir"

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparmaq Ukrayna Prezidenti Volodimir Zelenski ilə müqayisədə daha asandır.

Xalqcebhesi.az xəbər verir ki, Tramp bu barədə “Newsmax” telekanalına müsahibəsində danışıb.

"Mən düşünürəm ki, Zelenski ilə iş görmək Putinlə müqayisədə daha çətindir", - deyə o bildirib.

Tramp həmçinin Ukrayna münaqişəsinin nizamlanmasında yaranan çətinlikləri Rusiya və Ukrayna liderləri arasındaki düşmənçiliklə izah edib.

Ukrayna krizisinin prezidentlik müddətinin sonuna qədər bitib-bitməyəcəyi ilə bağlı suala cavab verən Tramp növbəti dəfə fikrini ifadə edərək bildirib ki, "məntiqlə, bu, tezliklə başa çatmalıdır".

Məryəm Quliyeva