Vaşinqton: Rusiya neft emalı zavodlarına zərbələri dayandırın Dünya

Vaşinqton: Rusiya neft emalı zavodlarına zərbələri dayandırın

ABŞ-nin vitse-prezidenti Cey Di Vens, ABŞ liderinin xüsusi elçisi Stiv Uitkoff və ABŞ prezidentinin kürəkəni Cared Kuşner Volodimir Zelenskiyə müraciət edərək Rusiya neft emalı zavodlarına (NEZ) zərbələr endirməməyi xahiş ediblər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzeti mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Trampın Ukrayna üzrə "əsas danışıqlarçıları", eləcə də Vens son aylarda Kiyevdən Rusiya NEZ-lərinə hücum etməməyi tələb ediblər.

Məryəm Quliyeva