NATO: Ukraynaya "Patriot" raketlərinin tədarükü davam edir Dünya

NATO: Ukraynaya "Patriot" raketlərinin tədarükü davam edir

Ukraynaya, NATO müttəfiqlərinin Amerika silahlarını satın alması üzrə PURL mexanizmi vasitəsilə zenit-raket kompleksləri Patriot üçün sursatlar da daxil olmaqla, hərbi təchizat daxil olmağa davam edir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "The Washington Post" (WP) qəzeti NATO-nun yüksəkrütbəli zabitinə istinadən məlumat yayıb.

WP-nin həmsöhbəti bildirib ki, PURL mexanizmi işləyir, HHM üçün sursatlar, o cümlədən Patriot hava hücumundan müdafiə sistemləri üçün tutucu raketlər əvvəlki kimi tədarük edilir.

Qəzetin digər mənbələri isə iddia edirlər ki, Ukraynanın Patriot hava hücumundan müdafiə sistemləri üçün raketləri praktiki olaraq bitib. Həmçinin bildirilir ki, PURL vasitəsilə tədarüklər may ayından bəri qeyri-müntəzəm xarakter alıb və yüklərin çatdırılacağına dair zəmanət yoxdur.

"CNN" telekanalı mənbələrə istinadən oktyabrın 15-də məlumat verib ki, Ukrayna hərbçiləri Patriot hava hücumundan müdafiə sistemləri üçün bütün raket ehtiyatlarını tükəndiriblər. Telekanalın məlumatına görə, bu, Kiyevin belə bir vəziyyətlə üzləşdiyi ilk hal deyil.

Məryəm Quliyeva