
Venesuela ABŞ-ı balıqçı gəmisini ələ keçirməkdə ittiham edib
13 Sentyabr 22:59
13 Sentyabr 22:59
13 Sentyabr 22:00
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Təbriz, Üskü və Tufarqan şəhərlərinin İran parlamentindəki nümayəndəsi Əhməd Əlirzabeygi hökumətin internetə məhdudiyyətlər qoymasını tənqid edib.
Gunaz.tv
"Kiberməkanın davamlı filtrasiyası insanların informasiya əldə etmək hüququnun pozulması, vətəndaşlara qarşı hörmətsizlikdir. Virtual məkanın fəsadları ola biləcəyi barədə ehtimalları bəhanə edərək, məntiqi əsası olmayan bu hərəkət cəmiyyətin normal həyat və məşğulluğuna əngəl törədir",- millət vəkili bildirib.
Peyk vasitəsilə insanlara internet xidməti göstərildiyini xatırladadan millət vəkili modern texnologiya ilə mübarizənin mümkün olmadığını söyləyib.
"Fəsadlar törədəcəyi bəhanəsi ilə internet və sosial mediaya məhdudiyyət tətbiq etmək, hansısa uşağı elektrik vura biləcəyi ehtimalına görə bir binanın elektrikini kəsib və qaranlıqda yaşamaq kimi bir şeydir",- Əlizabeygi məsulların hərəkətinin anlaşılmaz olduğunu qeyd edib.