Milli fəal Əsgər Əkbərzadə müvəqqəti azadlığa buraxılıb Güney Azərbaycan

Milli fəal Əsgər Əkbərzadə müvəqqəti azadlığa buraxılıb

Ərdəbil həbsxanasında saxlanılan mlli fəal Əsgər Əkbərzadə sentyabrın 2-də girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıb.

Gunaz.tv

Bu barədə onun yaxınları məlumat yayıb.

O, avqustun 24-də qaraciyər xəstəliyi səbəbindən həbsxanadan xəstəxanaya köçürülmüşür.

Fəala qarşı "qanunsuz qruplara üzvlük" və "sistemə qarşı təbliğat" ittihamları irəli sürülüb.

Qeyd edək ki, Əsgər Əkbərzadə iyunun 28-də Siyamək Mirzayi və Əli Vaseqi ile eyni vaxtda həbs edilib.

Hər üç fəal bundan əvvəl də dinc mədəni fəaliyyətlərinə görə saxlanılıblar.