29 Avqust 11:17
28 Avqust 14:41
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
"Tarixlə tarixçi alimlər məşğul olmalıdır"-Qüdrət Həsənquliyev
27 Mart 2024 14:43
7 616
İran mediası və bir sıra hökumət qurumları yaz bayramı günlərində Şərqi Azərbaycan əyalətinə turist axınının olduğu barədə iddialar irəli sürüblər.
Gunaz.tv
Şərqi Azərbaycan ətalətinin Mədəni İsr, Turizm və Əl İşləri Təşkilatı son bir ildə, xüsusən bayramtətillərində 64 ölkədən əyalətə turistlərin gəldiyini iddia edib.
Əyalətin valisi Malik Rəhməti mediaya verdiyi müsahibədə bunun həqiqəti əks etdirmədiyini deyib.
O deyib ki, bayram günlərində Şərqi Azərbaycana turist səfərlərinin artımı qeydə alınmayıb.
"Heç bir artım olmayıb, ancaq əyalətin bu sahədəki potensialını nəzərə alaraq, gələn ilin bayram tətillərində turist səfərlərinijn artmasını təmin etmək olar",- vali bildirib.
Bir müddət əvvəl Təbriz Universitetinin coğrafiya və şəhərsalma fakültəsinin müəllimi və turizm sahəsində tədqiqatçı Rəhim Heydəri Şərqi Azərbaycanın turizm sahəsinin müflis olduğunu söyləyib.
O, Təbrizin İranın böyük şəhərləri arasında xarici turistlərin ən az səfər etdiyi şəhərlərdən biri olduğunu deyib.
"Hər cür əhəmiyyətli və unikal turizm imkanlarına malik qədim Təbriz şəhərinin Tehran, Məşhəd, İsfahan və Şiraz şəhərlərindən geri qalması, ölkə və əyalətə gələn xarici turistlər üçün gediləsi ən sonuncu yer olması faktı göstərir ki, bu sahədə iş aparılmayıb",- Heydəri bildirib.
Qeyd edək ki, İranın aparıcı turizm şirkətləri, hökumətə bağlı əlaqədar qurumlar Tehran, Şiraz, İsfahan, Məşhəd, Yəzd, Kaşan və başqa şəhərlərdən fərqli olaraq, öz kataloq və reklam nəşrlərində Təbrizə yer vermirlər.
28 Avqust 10:48
1 785
25 Avqust 11:15
2 940
25 Avqust 11:13
2 814