Şərqi Azərbaycanda böyük mənimsəmə şəbəkəsi - 24 nəfərə hökm oxundu Güney Azərbaycan

Şərqi Azərbaycanda böyük mənimsəmə şəbəkəsi - 24 nəfərə hökm oxundu

Şərqi Azərbaycan əyalətinin Tufarqan (Azərşəhr) şəhərində şəhər idarəçiliyində ən böyük mənimsəmə və rüşvət şəbəkələrindən birinin 24 üzvünün həbs qərarını İran Ali Məhkəməsi təsdiq edib.

Gunaz.tv

Bu haqda yerli media məlumat yayıb.

Məlumata görə, onlar mütəşəkkil şəkildə səlahiyyətlərindən istifadə edərək böyük torpaq sahələri, dövlət və vətəndaşların əmlakını mənimsəyib, böyük məbləğdə rüşvət alıblar.

Aralarında keçmiş bələdiyyə sədri, Şəhər Şurası üzvləri və başqa dövlət məmurlarının olduğu şəbəkə üzvlərinin hər biri 15 ildən 20 ilədək həbs cəzasına məhkum ediliblər.

Qeyd edək ki, mütəşəkkil şəbəkə ilə bağlı 2019-cu ildə iş açılsa da, onların hakimiyyətdəki himayəçiləri müttəhimlərin cəzalandırımlaraına mane olublar.

Şikayətlərin, müraciətlərin və ictimai narazılığın artmasından sonra həmin şəxslər barəsində həbs cəzası təsdiqlənib.