29 Avqust 11:17
28 Avqust 14:41
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
"Tarixlə tarixçi alimlər məşğul olmalıdır"-Qüdrət Həsənquliyev
5 Aprel 2024 14:48
8 470
Təbriz şəhərindən olan xanım Sana Fərəcinin İnstaqram səhifəsi Azərbaycana zidd və İrançı qüvvələrin şikayətlərinə görə İranın məhkəmə rəsmiləri tərəfindən bağlanıb.
Gunaz.tv
Sana Fərəci Azərbaycan türklərinin mədəniyyəti və kimliyi ilə bağlı video paylaşımlarına görə İrançı qüvvələrin qəzəbinə tuş gəlib.
Belə ki, İran hakimiyyətinə bağlı İrançı dairə “Azəriha” qrupunun başçılandan biri olan Ə.Şişgilani həmin paylaşımlar barədə şikayət edib.
Şişgilani “X” sosial şəbəkəsində xanım Fərəcinin təhlükəsizlik qüvvələri tərəfindən saxlanılması və ona təzyiq göstərilməsini tələb edib.
Nəticədə Fərəcinin İnstaqram hesabı müvafiq məhkəmə rəsmisinin göstərişi ilə bağlanıb.
Şişgilani həmçinin Təbriz şəhəri Şairlər Məqbərəsinin Azərbaycan rəqsi və mədəniyyətinin təqdim edildiyi məkana çevrilməsinə icazə verildiyindən qəzəblənərək Sana Fərəcini “striptizçi” adlandıraraq təhqir edib.
Xatırladaq ki, güneyli aktivistlərin əleyhinə belə hallar ilk dəfə müşahidə olunmur.
Misal olaraq Novruz bayramı günlərində Təbriz şəhəri Bələdiyyəsi tərəfindən baxışa qoyulmuş 24 Oğuz tayfasının damğalarını əks etdirən yumurta maketi panfarsist və İrançı dairələrin təzyiqi və propaqandası ilə yığışdırılmışdır.
28 Avqust 10:48
1 785
25 Avqust 11:15
2 933
25 Avqust 11:13
2 814