29 Avqust 11:17
28 Avqust 14:41
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
"Tarixlə tarixçi alimlər məşğul olmalıdır"-Qüdrət Həsənquliyev
6 Aprel 2024 11:00
8 295
Qərbi Azərbaycan əyalətinin Makı şəhərində keçirilən idman yarışında Azərbaycan torpaqlarına iddia edən mühacirlərə cavab olaraq milli şüarlar səsləndirilib.
Gunaz.tv
Bu barədə yerli sosial media fəalları paylaşımlar ediblər.
Makıda "Ramazan Kubuku" futsal yarışları çərçivəsində baş tutan qarşılaşma zamanı azərbaycanlı azarkeşlər milli şüarlar səsləndiriblər.
Şəhərin 2 min nəfərlik "Vəliəsr" idman kompleksinə toplaşan azərbaycanlı gənclər dinc və mədəni şəkildə Qərbi Azərbaycan əyalətinə torpaq iddiası edənlərə cavab veriblər.
Onlar "Dağlar başı dumandır, Makı Azərbaycandır", "Yaşasın Azərbaycan", "Nə mutlu türkəm deyənə" və başqa bu kimi şüarlar səsləndirməklə iddiaçılara və onların dəstəkçilərinə etirazlarını bildiriblər.
Qeyd edək ki, bundan əvvəl aprelin 4-də də Təbrizin "Səhənd" stadionunda "Traxtur" və "Sepahan" futbol komandalarının qarşılaşmasında oxşar şüarlar səsləndiriib.
Stadiona toplaşan 100 indən çox azərbaycanlı tərəfdar "Urmu Azərbaycanın ürəyidir", "Bu torpaqdan pay olmaz" və başqa bu kimi şüarlar veriblər, plakatlar qaldırıblar.
Xatırladaq ki, marın 1-də İran parlamentinin 12-ci çaırış seçkilərində Urmu şəhərindən İran parlamentinə 2 kürd namizd göndərilib.
Bundan sonra bir sıra radikal terror təşkilatları, onların tərəfdarları və hakimiyyətə bağlı qruplar Qərbi Azərbaycan əyalətinin bəzi bölgələrinə ərazi iddialarını təkrar etməyə başlayıblar.
28 Avqust 10:48
1 785
25 Avqust 11:15
2 933
25 Avqust 11:13
2 814