29 Avqust 11:17
28 Avqust 14:41
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
"Tarixlə tarixçi alimlər məşğul olmalıdır"-Qüdrət Həsənquliyev
8 Aprel 2024 10:36
7 644
Güney Azərbaycanın Ərdəbil şəhərindən olan yazıçı, şair, jurnalist və mədəni fəal Mujqan Siyami ərdəbili aprelin 6-da dünyasını dəyişib.
Gunaz.tv
1971-ci ildə anadan olan Mujqan Siyami Ərdəbili, Azərbaycan və fars dillərində nəşr olunan "Saray" dərgisinin məsulu olub.
İlk, orta və ali təhsilini doğma şəhərində alan xanım fəal, mədəni fəaliyyətləri ilə yanaşı Ərdəbil məktəblərində ədəbiyyat müəllimi kimi çalışıb.
O, İranda Azərbaycan türkcəsinin qorunması və inkişaf etdirilməsi üçün fəaliyyət göstərən az saylı xanım fəallardan olub.
Xanım yazıçı "Son seans", "Ərdəbilnamə", "Yaşamadım, qusdum" kimi şeir və hekayələr, habelə fars dilində bir neçə kitabın müəllifidir.
Bununla yanaşı o, bir çox roman, hekayə və ədəbi-tarixi əsərləri fars dilindən Azərbaycan dilinə tərcümə edib.
Onun tərcümə etdiyi əsərlər arasında İbrahim Darabinin "Savalanın göz yaşları" və Məhəmmədrza Bayraminin "Yaşıl bağın ölüləri" daha məşhurdur.
M.S.Ərdəbili dövri mətbuatda müxtəlif məzmunlu yazıları ilə çıxış etməklə yanaşı, siyasi, ictimai-mədənisahədə də fəaliyyət göstərib və qadınların hüquqlarının müdafiəsi ilə məşğul olub.
Dinc fəaliyyətlərinə görə həbs edilən xanı jurnalistin iki dəfə həyatına sui-qəsd olub, uzun müddət həbsdə qalıb.
O, 2017-ci ildə dini siyasətdən ayıracağı şüarı ilə İranda prezident seçkilərinə namizədliyini irəli sürdükdən sonra təhlükəsizlik qüvvələrinin hədəfinə çevrilib.
28 Avqust 10:48
1 785
25 Avqust 11:15
2 933
25 Avqust 11:13
2 814