29 Avqust 11:17
28 Avqust 14:41
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
"Tarixlə tarixçi alimlər məşğul olmalıdır"-Qüdrət Həsənquliyev
9 Aprel 2024 11:00
9 072
Azərbaycanda hər bir şəhərin, bölgənin öz yeri var, ancaq hamımız çalışmalıyıq ki, Təbrizin gözəlliyi, əzəmətinə xələl gəlməsin və həmişə olduğu kimi, Azərbaycan millətinin bu alınmaz qalası yenidən özünün tarixi güc və əzəmətini geri qazansın.
Gunaz.tv
Bu sözləri Abbas Ləsəni milli hərəkat fəalları ilə görüşündə Azərbaycan milli hərəkatında şəhrçilik (yerliçilik-red) məsələsi ilə bağlı çıxışında deyib.
O, milli fəalların və keçmiş siyasi fəalların iştirakı ilə keçirilən görüşdə fars şovinizminin Azərbaycanın müxtəlif şəhərləri və bölgələri arasında nifaq və dağınıqlıq yaratmaq cəhdləri barədə danışıb.
"Diqqət etməliyik ki, fars şovinizminin son 100 ildə mədəni transformasiya və millətin kimliyinin və varlığının aradan aparılması istiqmətindəki əsas vasitələrindən biri şəhərçilikdir. Azərbaycan şəhərləri və bölgələri arasında qeyri-sağlam rəqabət mühiti yaradaraq anti-Azərbaycan siyasətlərinin həyata keçirilməsinə şərayit yaradır",- Lisani xəbərdarlıq edib.
Abbas Lisani Azərbaycanın milli hərəkatının ekzistensial fəlsəfəsinin şəhərlər arasındakı fərqləri aradan qaldırmaq və birliyə doğru irəliləmək olduğunu deyib.
O, milli kimlik, tarixi Azərbaycan torpaqları və milli maraqlardan yayınmağın hərəkatın qırmızı xətti olduğunu deyib və bildirib ki, hamı bunların heç bir zaman müzakirə mövzusu olmayacağını bilməlidir.
"Qeyd olunan prinsiplərimizi qorumaq üçün sona qədər mübarizə aparacağıq, lazım gələrsə, mən şəxsən bütün etibar və abırımdan keçib, milli maraqlara xələl gətirməyə çalışan bütün insanlara və çaşdırıcı cərəyanlara qarşı duracağam”,- Lisani vurğulayıb.
28 Avqust 10:48
1 785
25 Avqust 11:15
2 933
25 Avqust 11:13
2 814