29 Avqust 11:17
28 Avqust 14:41
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
"Tarixlə tarixçi alimlər məşğul olmalıdır"-Qüdrət Həsənquliyev
9 Aprel 2024 11:01
9 716
Aprelin 8-də İran çempionatında Güney Azərbaycan təmsilçisi “Traxtur” futbol komandası “Aluminium Ərak” komandası ilə növbəti oyununu keçirib.
Gunaz.tv
Yerli vaxtla saat 19:30-da Təbrizin "Səhənd" (Yadiqari imam) stadiolunda keçirilib.
Stadiona toplaşan on minlərlə "Traxtur" tərəfdarı komandalarının alqışlamaqla yanaşı milli şüarlar səsləndiriblər.
"Türk dilində mədrəsə, olmalıdır hər kəsə", "Azərbaycan qızları, göylərin ulduzları", "Azərbaycan var olsun, istəməyən kor olsun", "Yel yatar, tufan yatar, yatmaz Traxtur nayrağı", "Yaşasın Azərbaycan" və başqa bu kimi şü2arlar səsləndiriblər.
Qeyd edək ki, qarşılaşmanın ilk hissədə hesabda önə keçməsinə baxmayaraq, Təbriz klubu son dəqiqələrdə qələbəni əldən verib və oyun 1-1 hesabı ilə başa çatıb.
Bu heç-heçədən sonra xallarının sayını 40-a çatdıran “Traktor” üçüncü pillədə qərarlaşıb. “İstiqlal” 47 xalla birinci, “Persepolis” isə 46 xalla ikinci pillədədir.
28 Avqust 10:48
1 785
25 Avqust 11:15
2 933
25 Avqust 11:13
2 814