29 Avqust 11:17
28 Avqust 14:41
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
"Tarixlə tarixçi alimlər məşğul olmalıdır"-Qüdrət Həsənquliyev
9 Aprel 2024 14:45
10 822
Güney Azərbaycan Təbriz şəhərinin tarixi məhləsi olan Qaraməlikdə Qacarlar çağında tikilmiş tarixi hamamın bərpasına rəsmilər tərəfindən iş görülmür.
Gunaz.tv
Abidə Qaraməlik məhləsinin tarixi kompleksi olan Hüseyniyyə dairəsində yerləşir və məyyən qədər dağılıb.
Mülkin sahibləri abidənin tarixi dəyərə malik olduğuna məlumatlı olmayaraq onun müəyyən hissəsinin bələdiyyə tərəfindən 90-cı illərdə basdırılıb üstündən küçə keçməsinə icazə veriblər.
Qaramılik Məhləsi Mədəni İrs Cəmiyyəti Qaraməlik Məhlə Şurasının əməkdaşlığı ilə abidə barədə əyaləyin Mədəni İrs Təşkilatına məktub ünvanlayıblar.
Nəticədə baxış keçirilməklə abidə kimi qeydiyyata alınması üçün dəyərli olduğu bildirilib.

Lakin Azərbaycan üçün böyük əhəmmiyyətə malik abidənin bərpası istiqamətində boş bəhanələrlə iş görülmür.
Abidə həmin kompleksin yeraltı sahəsi olduğuna görə tavanı küçə yolu ilə eyni müsətvidədir.

Hamamın tavanı müəyyən qədər tökülsə də gövdəsi tamamilə safdır.
Məhlənin Mədəni İrs Cəmiyyəti və Qaraməlik Məhləsi Şurası bildirib ki, tarixi abidənin bərpası istiqamətində müvafiq idarələrdən tələbləri davam etdirəcəklər.
28 Avqust 10:48
1 785
25 Avqust 11:15
2 933
25 Avqust 11:13
2 814