29 Avqust 11:17
28 Avqust 14:41
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
"Tarixlə tarixçi alimlər məşğul olmalıdır"-Qüdrət Həsənquliyev
25 Aprel 2024 11:30
7 091
Tehranın futbol komandalarının qadın azarkeşləri stadiuma gedib komandaların alqışlamağa icazə verildiyi bir halda Traktorun qadın azarkeşlər bu haqqdan yenə məhrum ediliblər.
Gunaz.tv
İranın Futbol Liqası Təşkilatı qadın azarkeşlərin Təbriz şəhəri Səhənd Satdiumuna girişlərinə qadağa qoyub.
Təşkilat Şərqi Azərbaycan Əyaləti Futbol Heyətinə məktub ünvanlayaraq traktorçu qızların stadiuma girişlərinə qadağa qoyulduğunu bildirib.
Səbəb kimi “satdiumun mövcud ifrastrukturunda nöqsanların mövcud olduğuna görə qadın azarkeşlərin təhlükəsizliyinin təmin olunmadığı” deyilir.
Məktubda vurğulanıb: “həmin stadiumda noqsanların qaldırılması və tələb olunmuş şərait hazırlanmayana qədər qadınların girişinə icazə verilməyəcək”.
Stadiumun ifrastrukturunada nöqsanların olduğu bəhanəsi bir halda irəli sürülüb ki, bir müddət əvvəl Şərqi Azərbaycan Əyaləti Futbol Heyəti, həmçinin Əyalətin İdaman və Gənclər Baş İdarəsi Səhənd Stadiumunda nöqsanların qaldırıldığını təsdiqləyiblər.
Nəticədə Əyalətin valisi Səhənd Stadiumunda qadın azarkeşlərin girişinə icazə qərarı çıxarıb və 12 aprel tarixində Təbrizdə Traktor-Zobahən qarşılaşması traktorçu qadınların azarkeşliyi ilə keçirilib.
Digər tərəfdən “İdman Xəbəri” internet səhifəsi İranın Futbol Liqası Təşkilatının həmin bəhanəsinə reaksiya göstərib.
“Həmin əmr bir halda çıxarılıb ki, Traktor və Zobahən komandalarının qarşılaşmasında qadın azarkeşlərə ifrastrukturla əlaqədar hər hansı bir problem yaranmayıb”.
28 Avqust 10:48
1 771
25 Avqust 11:15
2 919
25 Avqust 11:13
2 800