29 Avqust 11:17
28 Avqust 14:41
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
"Tarixlə tarixçi alimlər məşğul olmalıdır"-Qüdrət Həsənquliyev
3 May 2024 12:15
8 386
Təbriz şəhəri Mərkəzi Həbsxanasında saxlanılan Kərim İsmayılzadənin həyatı həbsxana müdiriyyətinin qeyr-konstruktiv yanaşması nəticəsində təhlükəyə düşüb.
Gunaz.tv
Məlumatlı qaynaqlara istinadən aktivistin ailəsi mayın 1-də onun ürək və mədə dərmanlarını çatdırmaq məqsədi ilə həbsxanaya müraciət ediblər.
Lakin müdiriyyət etinasız yanaşma və etikadan uzaq davranışlarla dərmanarı təhvil almaqdan imtina ediblər.
Qeyd edək ki, Kərim Boksyor ləqəbi ilə də tanınan Kərim İsmayılzadə əvvəllər ürək xəstəliyinə tutulub və Təhlükəsizlik İdarəsinin məmurları onu saxlayarkən elektrik şok tətbiq etdiyindən xəstəliyi ağırlaşıb.
Məlumata əsasən İsmayılzadə illər əvvəl həbsdə olduğu vaxt aclıq aksiyası keçirməklə mədə yarasına tutulub.
Azad ediləndən sonra müalicə məqsədi ilə dəfələrlə cərrahiyyə əməliyyatı keçirməli olub və hal hazırda ürək və mədə dərmanları onun üçün həyati hesab olunur.
Aktivist, barəsinə qət edilmiş 6 ayadək azadlıqdan məhrum etmə müddətini çəkmək üçün aprelin 17-də saxalnılaraq Təbriz şəhəri Mərkəzi Həbsxanasına köçürülüb.
28 Avqust 10:48
1 771
25 Avqust 11:15
2 919
25 Avqust 11:13
2 800