Qoşaçaylı milli fəal dindirilib Güney Azərbaycan

Qoşaçaylı milli fəal dindirilib

Qərbi Azərbaycan əyalətinin Qoşaçay şəhərindən olan milli fəal Vəliullah Zöhrabi təjlükəsizlik idarəsinə çağırılıb.

Gunaz.tv

Bu barədə onun yaxınları məlumat verib.

Bildirilib ki, milli fəal mayın 12-də idarəyə çağırıldıqdan sonra bir neçə saat müddətinə dindirilib.

Onun nədə ittiham olunduğu və nəyə görə sorğu-sualk edildiyi barədə məlumat verilməyib.

Qeyd edək ki, Vəliullah Zöhrabi bundan əvvəl də dinc fəaliyyətlərinə görə təzyiqlərə məruz qalıb.