29 Avqust 11:17
28 Avqust 14:41
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
"Tarixlə tarixçi alimlər məşğul olmalıdır"-Qüdrət Həsənquliyev
31 May 2024 13:15
9 660
Təhsil İdarəsinin inzibati pozuntulara baxan kollegiyalar tərəfindən müəllimlər həmkarlar ittifaqı fəalı Əli Hacının 6 ay müddətinə işdən kənarlaşıdırılması ilə bağlı hökmü qüvvədə saxlanılıb.
Gunaz.tv
İran Müəllimlər Birliyinin Koordinasiya Şurasının Telegram kanalının yaydığı məlumata görə, tədris ilinin son həftələrində və şagirdlərin imtahan zamanında Təhsil Nazirliyinin apellyasiya şurası, Əli Hacının 6 aylıq işdən kənarlaşdırma cəzasını qüvvədə saxlayıb.
Təhsil İdarəsinin inzibati pozuntulara baxan kollegiyalar, Şərqi Azərbaycan vilayətinin culfa şəhərindən olan müəllim Əli Hacının, 6 ay müddətinə xidmətdən uzaqlaşdırılmasına qərar vermişdi.
Güneyli müəllimin barəsində çıxarılmış qərara şikayət etməsinin ardından, Təhsil Nazirliyinin apellyasiya şurası bu hökmü qüvvədə saxlamış, Təhsil İdarəsi isə bu hökmü müəllimə bildirməklə onun məktəblə münasibətinə xitam vermiş və əmək haqqını kəsmişdir.
Müəllimlər həmkarlar ittifaqı fəalı Əli Hacı, "Instagram" səhifəsində Təhsil Nazirliyinin apellyasiya şurasının verdiyi hökmün surətini paylaşıb. Bu vərəqədə, Əli Hacının sosial media hesablarında İranda 2022-ci il kütləvi etirazlarına dəstək olması, hökumətin repressiya siyasəti ilə bağlı paylaşdığı yazıları və müəllimləri etiraz mitinqləri təşkil etməyə təşviq etmə fəaliyyəti, dəlil olaraq göstərilib.
Qeyd edək ki, narazı müəllimlərin cəzalandırılması və işdən qovulması ilə bağlı yayılan son hesabata görə, 2006-cı ildən bu günə kimi yüzlərlə müəllim dünyəvi görüşlərinə görə işdən qovulub.
Xüsusilə, 2022-ci ilin sentyabr ayından başlayan etiraz aksiyalarından sonra ictimai fəallıq göstərən onlarla müəllim barədə "hökumətə qarşı təbliğat" ittihamı irəli sürülüb.
28 Avqust 10:48
1 757
25 Avqust 11:15
2 905
25 Avqust 11:13
2 793