29 Avqust 11:17
28 Avqust 14:41
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
"Tarixlə tarixçi alimlər məşğul olmalıdır"-Qüdrət Həsənquliyev
3 İyun 2024 17:03
9 926
Şərqi Azərbaycan əyalətinin Vərziğan bölgəsinin Üzamdil mahalının Bərazin kəndi yaxınlığında yerləşən daha bir tarixi abidə tamamilə məhv olmaq üzrədir.
Gunaz.tv
Bu barədə yerli mədəni fəallar və fotolar paylaşıblar.
Səfəvilər dövrünün sonu və Qacar sülaləsinin əvvəllərində inşa edilən və Azərbaycanın ən böyük tarixi karvansaralarndan biri olan tikilinin qanunsuz tarixi əşya qaçaqmalçıları tərəfindən dağıdıldığı bildirilir.
Mədəni fəallar bundan əvvəl də abidənin yenidən qurulması ilə bağlı bir neçə dəfə əlaqədar dövlət qurumlarına məktub yazdıqlarını, ancaq heç bir cavab ala bilmədikləri üçün məsələni yenidən ictimailəşdirdiklərini yazıblar.
Vərziğan karvansarası 19 mart 2007-ci ildə 18912 qeydiyyat nömrəsi ilə İran milli əsərləri siyahısına salınsa da, bərpasına vəsait ayrılmır.
Qeyd edək ki, Güney Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Təbrizdə onlarla tarixi abidə yox olmaq üzrədir.
Mədəni İrs, Turizm və Əl İşləri Nazirliyinin yerli bölmələri tarixi abidələrin bərpası və qorunması üçün mərkəzdən yütərli büdcə ayrılmadığını deyirlər.
28 Avqust 10:48
1 757
25 Avqust 11:15
2 905
25 Avqust 11:13
2 793