29 Avqust 11:17
28 Avqust 14:41
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
"Tarixlə tarixçi alimlər məşğul olmalıdır"-Qüdrət Həsənquliyev
24 İyun 2024 11:22
6 419
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi xarici təhsil müəssisələrindən köçürülmək istəyən tələbələrə müraciət edib.
Agentlikdən APA-ya verilən xəbərə görə, qaydalara əsasən xaricdə natamam ali təhsil alan (təhsilini tamamlamamış) şəxslər öz təhsillərini Azərbaycanda yerləşən ali təhsil müəssisələrinin birində davam etdirmək üçün ilkin olaraq kvalifikasiyalarının qismən akademik tanınması haqqında şəhadətnamə əldə etməlidirlər.
Bu şəhadətnamə sahibinə yerli ali təhsil müəssisələrindən birinə köçürülmək üçün müraciət hüququ verən vacib sənədlərdən biridir. Tələbələrin köçürülməsi yay mövsümündə başlayacağı üçün prosesdə iştirak edəcək şəxslərin şəhadətnamə əldə etməsi üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinə https://apply.enic.edu.az/ keçidi vasitəsilə elektron qaydada müraciət etmələri tövsiyə olunur.
28 Avqust 10:48
1 750
25 Avqust 11:15
2 898
25 Avqust 11:13
2 786