29 Avqust 11:17
28 Avqust 14:41
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
"Tarixlə tarixçi alimlər məşğul olmalıdır"-Qüdrət Həsənquliyev
27 İyun 2024 08:55
6 559
İran prezidentliyinə namizəd Məsud Pezeşkian bu gün axşam saatlarında Təbrizin Mədəni hava limanına enib.
Gunaz.tv
Hava limanında onu Azərbaycan milli geyimində olan qızlar, qadınlar və oğlanlar qarşılayıblar.
Pezeşkianı qarşılamaq üçün hava limanına çox sayda insanın toplaşdığı, onun görüş keçirdiyi Bağşımal (Təxti) stadionunu və ətrafında isə 50 mindən çox insanın topladığı bildirilib.
Müxtəlif bölgələrindən stadiona toplaşanlar mərkəzi hakimiyyətin siyasətlərinə etiraz olaraq "Türk dilində mədrəsə, olmalıdır hər kəsə", "Urmu, Zəncan, Ərdəbil- Bu səs Təbrizdən gəlir", "Urmu gölü susuzdur", "Azərbaycan qızları, göylərin ulduzları" və başqa bu kimi şüarlar səsləndirilir.
Stadiona toplaşanlar qarşısında çıxış edən prezidentliyə azərbaycanlı namizəd Məsud Pezeşkian, başqa 5 namizədin ona qarşı birləşdiyini, ancaq buna baxmayaraq qalib gələcəyini deyib.
"Sizin səsinizəm və sizin səsinizi çatdırıram. Qızlarımızın, qadınlarımızın, məktəblilərin, tələbələrin və müəllimlərin hüquqlarından keçməyəcəyəm. Hamınızın dəstəyi ilə Urmu gəlünü bərpa edəcəyik. Həmişə sədaqətli qalacağıma, sizə yalan deməyəcəyimə söz verirəm",- türk namizəd bildirib.
Qeyd edək ki, stadiona toplaşan və Məsud Pezeşkianı qarşılayanların arasında seçkiləri boykot edən və rejimin legitimlik qazanmaq şansını artıran prosesə qatılmayanların sayı çoxdur.
Onlar səsvermədə iştirak etməsələr də, mərkəzçi və farsçı cərəyanlara cavab və etiraz olaraq Məsud Pezeşkianı qarşılamağa gəldiklərini bildiriblər.
Stadiondakı yerli mənbələr son bir neçə dövr prezident seçkilərində belə izdihamlı seçki mitinqi və görüşün olmadığını deyir və bunu azərbaycanlıların mərkəzi hakimiyyətə cavabı kimi qiymətləndirirlər.
28 Avqust 10:48
1 750
25 Avqust 11:15
2 898
25 Avqust 11:13
2 786