29 Avqust 11:17
28 Avqust 14:41
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
"Tarixlə tarixçi alimlər məşğul olmalıdır"-Qüdrət Həsənquliyev
28 İyun 2024 14:22
7 945
Xaricdə fəaliyyət göstərən və şahçılara mənsub "Mənoto" telekanalı İran prezidentliyinə türk namizəd Məsud Pezeşkianı yenidən hədəf alıb.
Gunaz.tv
Bu barədə telekanalın sosial media hesabını "Pezeşkianın millətçi olduğuna dair daha bir sənəd" başlıqlı yazı paylaşıb.
"Pərviz Məhəmmədinin Nəqədədə Məsud Pezikyanın seçki qərargahının rəhbəri təyin edilməsi barədə məktubunun şəklinin dərci sosial şəbəkələrdə qəzəb dalğasına və mənfi reaksiyalara səbəb olub. Bu hökmdə Nəqədə şəhəri əvəzinə millətçilər arasında məşhur olan addan istifadə olunub",- paylaşımda yazılıb.
Qeyd edək ki, "Nəqədə" Qərbi Azərbaycan əyalətinin türklərlə kürdlər arasında mübahisə və münaqişə mövzusuna çevrilən şəhərlərindən biridir.
Şəhərin tarixi türkcə adı Sulduz olsa da, bu sonradan dəyişdirilərək Nəqədə edilib.
Buna baxmayaraq azərbaycanlıların və İranda yaşayan türklərin əksəriyyəti şəhəri tarixi türk adı Sulduzla tanıyır, yazır və çağırırlar.
.
Məsud Pezeşkianın isə məktubunda Nəqədə adı əvəzinə Sulduz sözünü yazması ona qarşı istifadə edilir və prezidentliyə namizəd millətçilikdə günahlandırılıb.
Qeyd edək ki, bu gün yerli vaxtla səhər saat 08-dən İranda növbədənkənar prezident seçkiləri başlayıb.
Günün birinci yarısında, səsvermənin başlamasından saatlar keçdiyi bir vaxtda ölkə üzrə qurulan seçki məntəqələrində seçici fəallığı müşahidə olunmayıb.
Müstəqil müşahidəçilər seçici fəallığının hökumətin iddia etdiyindən çox aşağı olduğu barədə paylaşımlar ediblər.
28 Avqust 10:48
1 743
25 Avqust 11:15
2 891
25 Avqust 11:13
2 779