29 Avqust 11:17
28 Avqust 14:41
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
"Tarixlə tarixçi alimlər məşğul olmalıdır"-Qüdrət Həsənquliyev
29 İyun 2024 13:40
8 554
İranda növbədənkənar prezident seçkilərindən əvvəl Əli Xaməneinin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlilinin Ərdəbil əyalətində səslərin əksəriyyətini qazanacağı ilə bağlı propaqanda iflasa uğrayıb.
Gunaz.tv
Bu, Ərdəbil əyalətində səslərin hesablanmasından sonra əldə olunan nəticələrdən məlum olub.
Səslər sayıldıqdan sonra türk namizəd Məsud Pezeşkianın böyük fərqlə öndə olduğu bilinib.
Yerli müşahidəçilər bunun Tehran rejiminin Azərbaycan bölgələri arasında zidiyyət yaratmaq cəhdlərinin məğlubiyyətə uğraması kimi dəyərləndiriblər.
"Bu, Pezeşkiana dəstək deyil, sadəcə Əli Xamənei və onun komandasının azərbaycanlılar arasında zidiyyətlər yaratmaq cəhdlərinə cavab idi",- məsələ ilə bağlı edilən paylaşımlarda bildirilib.
Ərdəbil əyaləti üzrə səslərin nəticələri:
Məsud Pezeşkian: 382 600, Səid Cəlili: 72 800,
Məhəmməd Baqir Qalibaf: 36 300.
28 Avqust 10:48
1 743
25 Avqust 11:15
2 891
25 Avqust 11:13
2 779