SEPAH ABŞ pilotunu əsir götürüb
3 Aprel 17:30
3 Aprel 17:30
3 Aprel 17:02
İsrail Parlamentinin fələstinlilərə ölüm hökmü tətbiq etmək qərarı pislənilib
ABŞ-a məxsus F-15 qırıcısının vurulması ilə bağlı Trampa məlumat verilib
Azərbaycan və Uqanda arasında siyasi məsləhətləşmələr keçirilib
İsrail ordusu Livanda Hizbullah hədəflərinə zərbələr endirib
İran XİN Şirazda vurulan dronlara görə region ölkələrini günahlandırıb
2 İyul 2024 16:26
8 288
Azərbaycan Respublikasının tanınmış müğənnilərindən olan Damlanın Ərdəbilə səfəri və orada şadlıq saraylarından birində çıxışından sonra həmin yerin fəaliyyəti qadağan edilib.
Gunaz.tv
Bu barədə Ərdəbil əyalətinin prokuroru Calal Afaqi açıqlama verib.
"Qanunları və dəyərləri pozaraq, hakim islam mədəniyyətinə məhəl qoymayan bu müğənni ictimai qaydalara xələl gətirmiş, və əxlaqsızlığın təbliq etmişdir. Həmvətənlərin məhkəmə sistemindən çoxsaylı uyğun olaraq məsələ ciddi şəkildə araşdırılır və ölçü götürülür",- Afaqi deyib.
Qeyd edək ki, azərbaycanlı müğənni Damlanın Ərdəbil səfəri, orada ifası və hicabsız görüntüləri sosial media kanallarında geniş yayılıb.
Bu, bir çoxlarının rəğbəti ilə qarşılaşsa da, radikal dinçi cərəyana mənsub media kanalları bunu qınayıblar.
Onlar Azərbaycan Respublikasından olan müğənninin Ərdəbilə səfərinə icazə verilməsini tənqid edib, bunun İran mədəniyyətinə qarşı təbliğat olduğunu iddia ediblər.
"Azəri-İrani sənətçilər Azərbaycan Respublikası və Türkiyəyə təsir qoymalıdırlar, ancaq bunun əksinin şahidiyik, azərbaycanlılar İrana təsir göstərirlər və biz isə yatmışıq",- paylaşımlarda Azərbaycan mədəniyyət xadimlərinin Güney Azərbaycan və İrana mədəni təsirlərinin təhlükəsi barədə xəbərdarlıq ediblər.
2 Aprel 14:19
1 757
31 Mart 09:43
2 954
17 Mart 12:33
8 162