Ekofəallar Xoyda aksiya keçirdi Güney Azərbaycan

Ekofəallar Xoyda aksiya keçirdi

Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində ekofəallar aksiya keçiriblər.

Gunaz.tv

Bu barədə Abbas Lisani adına fəaliyyət göstərən sosial media kanalı məlumat yayıb.

Məlumata görə, aksiyaçılar "Urmu gölü susuzdur" adı altında keçirdikləri aksiyada şəhərin müxtəlif bölgələrini məişət tullantılarından təmizləyiblər.

"Yarpaq" Ətraf Mühit Təşkilatının təşəbbüsü ilə keçirilən aksiyanın məqsədi həmdə əhalinin diqqətini Urmu gölünün acınacaqlı vəziyyətinə cəlb etmək olub.