Güneyli milli fəal dünyasını dəyişib Güney Azərbaycan

Güneyli milli fəal dünyasını dəyişib

Güney Azərbaycanın Ərdəbil şəhərindən olan milli-mədəni fəal Rəhim Noruzi Lincabad dünyasını dəyişib.

Gunaz.tv

Bu barədə milli fəallar məlumat yayıblar.

Bildirilib ki, milli-mədəni və keçmiş tələbə hərəkatı fəalı avqustun 15-də ürək tutması nəticəsində həyatını itirib.

Rəhim Noruzi Lincabad bundan əvvəl dinc mədəni fəaliyyətlərinə görə bir neçə dəfə saxlanılıb.

O, 2017 və 2018-ci illərdə Savalan dağı və Babək qalasında keçirilən mədəni mərasimlər zamanı həbs edilib.

Mədəni fəalla Ərdəbil Universitetində təhsil aldığı vaxtlar da fəaliyyətlərinə görə təzyiqlərlə üzləşib.