29 Avqust 11:17
28 Avqust 14:41
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
"Tarixlə tarixçi alimlər məşğul olmalıdır"-Qüdrət Həsənquliyev
30 Sentyabr 2024 12:20
7 889
“İranda günahsız olaraq həbsxanada saxlanılan Azərbaycan vətəndaşı Fərid Səfərli olayında diqqətimi iranlı qızın kimliyi çəkib. Fəridin anasının aözlərinə görə, oğlu Almaniyanın Yena Universitetində təhsil alarkən, İrandan bu universitetə praktika üçün gələn iranlı qızla tanış olub. Həmin qız praktikası başa çatandan sonra İrana qayıdıb. Bundan sonra Fərid iranlı qızla İstanbulda görüşməyə qərara gəlib. Ancaq qız İstanbula gəlməyib və telefonda bunu Fəridə belə izah edib ki, guya viza məsələsini həll edə bilməyib. Axı İran vətəndaşına Türkiyəyə getmək üçün viza tələb olunmur”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu qeyd edib. O, bildirib ki, İran vətəndaşları illərdir sərbəst şəkildə Türkiyəyə səfər edirlər: “Bundan sonra Fərid Səfərli İrana gedib və dərhal da saxta ittihamla həbs olunub. Məndə belə təəssürat yaranıb ki, iranlı qız Fəridi İrana gətirmək üçün viza mövzusunu uydurub. Almaniyaya praktikaya getmək üçün maliyyə vəsaiti olan iranlı qızın Türkiyəyə getməsi üçün də bir maneəsi olmamalı idi. Fəridin həbsxanada olduğu müddətdə həmin qızın onunla görüşə təşəbbüs göstərməsi barədə məlumat yoxdur. Həmin qız ölkəsinə gətirdiyi Fəridə “casus” damğası ilə həbsxanaya atılmasına seyrçi qalıb. Ya həmin qız ailəsinin təzyiqi ilə Fəridə dəstək verməkdən qorxub, ya da elə Almaniyada olarkən İran kəşfiyyatının tapşırığını yerinə yetirib”.
28 Avqust 10:48
1 708
25 Avqust 11:15
2 863
25 Avqust 11:13
2 744