29 Avqust 11:17
28 Avqust 14:41
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
"Tarixlə tarixçi alimlər məşğul olmalıdır"-Qüdrət Həsənquliyev
21 Oktyabr 2024 16:27
6 307
Məsud Pezeşkian hökuməti Qərbi Azərbaycan əyalətinin valisinin dəyişdirilməsi barədə qərar verib.
Gunaz.tv
Bu barədə yerli media məlumat yayıb.
Bildirilib ki, yeni qərara əsasən Qərbi Azərbaycan əyalətinin valisi Məhəmməd Sadiq Mötəmedian Tehran əyalətinin valisi təyin edildi.
Əslən Kirmanşah kürdü olan Mötəmedianın Azərbaycandn çıxarılması azərbaycanlıların sevinci ilə qarşılaşıb.
Qeyd edək ki, Məhəmməd Sadiq Mötəmedian uzun illər SEPAH və təhlükəsizlik orqanlarında yüksək vəzifələrdə çalışıb.
Vali, 2022-ci ildəki ümumi etiraz aksiyalarında narazılara qarşı bir başa atəş açılması barədəki göstərişlərinə görə insan haqları təşkilatlarının qara siyahısına salınıb.
Məhəmməd Sadiq Mötəmedian həmdə Urmiya Gölünün Bərpası Qərargahının rəhbər şəxslərindən biri olub.
O, bu vəzifədə olduğu müddətdə gölün dirçəldilməsi ilə bağlı layihələrin həyata keçirilməməsinə göz yumub, Urmu gölünün illik su payının bəndlərdən buraxılmsına qarşı çıxıb.
Yerli ətraf mühit fəalları M.S. Mötəmedianı həm də bu əməllərinə görə ətraf mühit düşməni elan ediblər.
Bütün bunlara baxmayaraq, bir sıra şərhçilər Mötəmedianın Tehrana vali təyin edilməsini onun hakimiyyət pillələrində dahada yüksəlməsi kimi qiymətləndiriblər.
28 Avqust 10:48
1 701
25 Avqust 11:15
2 856
25 Avqust 11:13
2 737