29 Avqust 11:17
28 Avqust 14:41
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
"Tarixlə tarixçi alimlər məşğul olmalıdır"-Qüdrət Həsənquliyev
22 Oktyabr 2024 13:40
6 650
Urmiya nümayəndəsi Salman Zakir Qərbi Azərbaycan əyalətinin Nümayəndələr Məclisinin Qasım Osmanini bu əyalətə vali kimi təklif etməsinə kəskin etirazını bildirib.
Gunaz.tv
“Nümayəndələr Məclisinin sədri və üzvləri, təklif olunan variantları Daxili İşlər Nazirliyinə təqdim edərək vəzifələrindən sui-istifadə edib özlərini Qərbi Azərbaycana valilik vəzifəsi üçün təklif ediblər!" - deyə o bildirib.
Salman Zakir əlavə edib: "Nümayəndələr Məclisi Daxili İşlər Nazirliyinə vali vəzifəsinə özlərini təqdim etməklə yox, valini tövsiyə etməklə məsuldurlar. Yerli əhalinin tələbi valinin Qərbi Azərbaycandan olmasını istəyirlər, Xuzistandan, ya da başqa yerdən yox. Biz artıq insanların əsəbləri ilə oynamamalıyıq."
Qeyd edək ki, son seçkilərdə türklərin böyük bir hissəsi seçkiləri boykot edərək seçkilərdə iştirakdan imtina etmişdi. Çünki bir çox fəallar və siyasi cərəyanlar hesab edirdilər ki, İslam Respublikası çərçivəsində keçirilən seçkilər hakimiyyətin möhkəmlənməsi və hökumətin siyasətinin legitimləşdirilməsi üçün bir vasitədir. Digər tərəfdən, bölgənin kürddilli azlığı bu seçkilərdə fəal və geniş şəkildə iştirakı ilə nəticələri öz xeyrinə dəyişə bilmişdi.
Bu, parlamentdə əyalət nümayəndələrinin tərkibinin dəyişməsinə səbəb oldu. Nəticədə əyalətin inzibati strukturlarında kürdlərin təsir gücü artmağa başladı. Bu dəyişikliklər o qədər təsirli oldu ki, yeni nümayəndələr məclisi Qasım Osmanini Qərbi Azərbaycanın valisi olmaq üçün təklif etdilər.
Qasım Osmani Bukan (Bikəndi) təmsilçisidir və Qərbi Azərbaycanda fəaliyyət göstərən kürd ekstremist və terror qrupları tərəfindən dəstəklənir.
28 Avqust 10:48
1 701
25 Avqust 11:15
2 856
25 Avqust 11:13
2 737