29 Avqust 11:17
28 Avqust 14:41
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
"Tarixlə tarixçi alimlər məşğul olmalıdır"-Qüdrət Həsənquliyev
24 Oktyabr 2024 13:48
7 847
Süngün mis kompleksinin meneceri Məhəmməd Cəfər Əzmeyi son 7 ayda Süngün mis kompleksinde rekord həddə mədən hasilatı olduğunu bildirib
Gunaz.tv
“Bu ilin yeddi ayı ərzində Süngün mis kompleksində hasilat həcmi 38 milyon tona çatıb ki, bu da bu kompleksin fəaliyyətinin tarixində görünməmiş bir göstəricidir və bu ötən ilin eyni dövrü ilə müqayisədə 33% artım deməkdir" - deyə o bildirib.
"İstehsal rekordlarının artması molibdeni də əhatə edir və bu strateji məhsul istehsalı əvvəlki illə müqayisədə 21% artaraq 1900 tona çatıb" - Əzmeyi əlavə edib.
Qeyd edək ki, Vərziqandakı Süngün mis mədəni Yaxın Şərqin ən böyük mis mədənidir və İranda hasil edilən misin 60%-i bu nəhəng mədənin və Azərbaycandakı ehtiyatların payına düşür. Ancaq Azərbaycan bu istehsalatdan özünün ədalətli payını ala bilmir və Azərbaycanın sərvətləri İranın mərkəzi fars bölgələrinin iqtisadi inkişafı üçün talanır.
Bundan əvvəl Təbrizdən olan millət vəkili Əhməd Əlirza Beyqi İran hakimiyyətinin Azərbaycanda mis zavodunun yaradılmasına mane olduğunu və Azərbaycanın Süngün mis mədənini talan etdiyini bildirərək: hər gün Süngündən, Azərbaycandan 2 milyon dollar dəyərində 1000 ton konsentrat aparıldığını demişdi.
28 Avqust 10:48
1 701
25 Avqust 11:15
2 856
25 Avqust 11:13
2 737