29 Avqust 11:17
28 Avqust 14:41
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
"Tarixlə tarixçi alimlər məşğul olmalıdır"-Qüdrət Həsənquliyev
5 Noyabr 2024 13:07
7 798
Məşhur təbrizli jurnalist Aydın Təbrizi tarixi Azərbaycan şəhəri Culfanın demoqrafik tərkibinin dəyişdiyini və bu şəhərin sistemli şəkildə kürdləşdirildiyini bildirir.
Gunaz.tv
"Bir neçə böyük ticarət mərkəzinə və bazara baş çəkdim və gördüklərim qəribə və maraqlı oldu. Bütün o mağazalar arasında təsadüfi olaraq hər bir ticarət mərkəzlərində kürdcə danışılan və kürd mahnılarının səsləndiyi bir neçə mağazaya girdim və bu getdiyim bütün ticarət mərkəzlərində bu hiss olunurdu" - deyə Aydın Təbrizi öz məqaləsində yazıb.
"Sanki qeyri-müəyyən və anonim siyasətlər Culfa bazarına kölgə salıb və bu bölgə ilə həmişə əlaqəli olan orijinallıq hissini tədricən azaldıb. Bu qəfil dəyişiklik mənim nəzərimdə Culfanın birlik hissini və yerli kimliyini zəiflətmişdi. Ola bilsin ki, bu mədəni müxtəliflik müsbət hal kimi qiymətləndirilə bilər, amma Culfanın özünəməxsusluğu həmişə türklərin varlığı ilə hiss olunub və bu dəyişikliklər mənim üçün çoxlu suallar doğurub!”
Qeyd edək ki, 2019-cu ilin iyun ayında Ərdəbil əyalətinin Parsabad şəhərinin qubernatoru Ədalət Hacıpur 2000 kürd mühacirin bu şəhərdə məskunlaşdığını bildirmişdi: “2000-ə yaxın kürd dilli fəhlə işləmək üçün Parsabad şəhərində məskunlaşıb. Çoxlu mədəni fərqlilikləri nəzərə alsaq, bu köçlərin gələcəkdə mədəni problemlərə, zorakılığa səbəb olması mümkündür”.
28 Avqust 10:48
1 694
25 Avqust 11:15
2 849
25 Avqust 11:13
2 730