29 Avqust 11:17
28 Avqust 14:41
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
"Tarixlə tarixçi alimlər məşğul olmalıdır"-Qüdrət Həsənquliyev
14 Noyabr 2024 11:38
8 330
Şərqi Azərbaycan əyaləti Milli İnkişaf Fondundan dəstək almayıb və əyalətin iqtisadiyyatının 95 faizi özəl sektorun əlindədir.
Gunaz.tv
Bu sözləri Təbriz Ticarət Palatasının başçısı Yunis Jailə deyib.
O, əyalətə sərmayə qoyuluşu ilə bağlı maneələrin aradan qaldırılması üçün bərpa olunan enerji stansiyalarının yaradılması ilə yanaşı, Araz çayından Təbrizə suyun ötürülməsi və Rusiya qaz şəbəkəsinə qoşulma kimi tədbirlərin həyata keçirilməsinin vacibliyini bildirib.
Ticarət Palatasının üzvü Məsud Binabian isə 12 böyük sərmayəçinin Şərqi Azərbaycan əyalətini tərk etdiklərinə diqqət çəkib və onların əyalətdə sərmayə qoyuluşu sahəsində olan problemlərlə bağlı narazılıqlarının olduğunu syləyib.
Qeyd edək ki, Şərqi Azərbaycanda sərmayə qoyuluşunun problemləri həm də əyalətdə özəl bankların fəaliyyətinə icazə verilməməsi ilə bağlıdır.
Bundan əvvəl əyalətin Sənaye, Mədən və Ticarət Təşkilatının rəhbəri Sabir Pərniyan, özəl bankların bu əyalətin əhalisinin sərmayə və əmanətlərini alıb başqa əyalətlərdə xərclədiyini bəyan edərək, həmin bankların Şərqi Azərbaycan iqtisadiyyatında rollarının olduqca az olduğunu bildirib.
Eyni halda Yunis Jailə mediaya verdiyi açıqlamasında deyib ki, Tehran "milli təhlükəsizlik" məsələlərini bəhanə edərək Şərqi Azərbaycan əyalətində özəl bankların açılmasına icazə vermir.
28 Avqust 10:48
1 687
25 Avqust 11:15
2 842
25 Avqust 11:13
2 723