29 Avqust 11:17
28 Avqust 14:41
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
"Tarixlə tarixçi alimlər məşğul olmalıdır"-Qüdrət Həsənquliyev
29 Dekabr 2024 14:20
12 614
Vətəndaşlıq qeydiyyatı təşkilatı 5 aydır Əhər şəhərindən olan Turhan adlı azərbaycanlı uşağa doğum haqqında şəhadətnamə verməkdən imtina edir.
Gunaz.tv
Turhanın əmisi Hadi Rəhməti Balamın Adı kampaniyasına bubarədə danışıb:
“Uşaq 2024-cü il may 25-də dünyaya gəlib və valideynləri onun üçün Turhan adını seçiblər. Amma Əhərin vətəndaşlıq vəziyyəti aktları rəsmiləri ona doğum haqqında şəhadətnamə verə bilməyəcəklərini açıqladılar, çünki bu ad türk adıdır və Turhan ad seçim sistemində yoxdur”.
bu səbəbdən Turhanın ana-atatsı Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbəsinə şikayət edib. Məhkəmə iki dəfə iclas keçirərək bu ailənin əleyhinə qərar çıxarıb. Rəsmilər deyirlər ki, əyalətdən onlara deyiblər ki, bu ad məqbul deyil, başqa ad seçməlisiniz. Bu süründürməçilik nəticəsində Turhan 5 aydır doğum haqqında şəhadətnaməsiz qalıb və valideynləri bu səbəbdən bir çox problemlərlə üzləşib.
Qeyd edək ki, Türk dilində və mədəniyyətində Turhan əsilzadə və nəcib insan deməkdir və Təbrizdə doğulmuş, İngiltərə universitetlərində professor olan Turxan Gənceyi Azərbaycan tarixi və ədəbiyyatının böyük simalarındandır.
Xatırladaq ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı təşkilatı “icazə verilən adlar” adı altında adlar siyahısı seçərək qurumun “ad seçim sistemi”nə yerləşdirib. Məhdud sayda türk adları bu siyahıya daxil edilib və orada qeydə alınmayan çoxlu sayda türk adları “qadağan olunmuş adlar” sayılır və onlara doğum şəhadətnaməsi verilmir.
28 Avqust 10:48
1 652
25 Avqust 11:15
2 807
25 Avqust 11:13
2 702