29 Avqust 11:17
28 Avqust 14:41
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
"Tarixlə tarixçi alimlər məşğul olmalıdır"-Qüdrət Həsənquliyev
7 Yanvar 2025 14:00
9 751
Müxtəlif amillər nəticəsində Urmu gölünün quruması prosesi 90-cı illərdən başlayıb və gölün qurumasında 70% insan amili, 30% isə iqlim və təbii amillərin rolu olub.
Gunaz.tv
Bunu Şərqi Azərbaycan əyalətinin Kənd Təsərrüfatı və Təbii Sərvətlərin Tədqiqat və Təhsil Mərkəzinin elmi heyətinin üzvü Əhməd Bayburdi Türkiyənin "Anadolu" xəbər agentliyinə müsahibəsində deyib.
O, üzüm bağlarının alma bağına çevrilməsi, gölün ətrafında çox sayda quyuların qazılması, gölü qidalandıran çayların üzərində bəndlərin tikilməsi, gölün ortasında körpünün inşasını Urmiya gölünün qurumasına təsir edən əsas amillər adlandırıb.
Bayburdi, digər tərəfdən gölün suyunun buxarlanma sürətinin yüksək olduğuna da diqqət çəkib və buna əsas səbəb kimi gölün ortasından salınan yolu göstərib.
"Buxarlanmanın qarşısını ala bilməsək, su axını artsa belə, Urmu gölü bərpa olunmayacaq",- ekoloq vurğulayıb.
Qeyd edək ki, yanvarın 2-ə olan məlumata görə, göldə ekoloji problem davam edir və son mövsümi yağışlara baxmayaraq, hazırda Urmu gölündə olan su həcmi 1 milyard 240 milyon kubmetrdir.
Bununla yanaşı göldə su həmi səviyyəsinin 1270 kubmetr, gölün sahəsinin isə 930 kvadrat kilometr olduğu bildirilib.
Xatırladaq ki, Urmu gölünün minimum ekoloji su həcmi 15 milyard kubmetr, maksimum ekoloji su həcmi 30 milyard kubmetr, minimum ekoloji sahəsi isə 4635 kvadrat kilometr olmalıdır.
28 Avqust 10:48
1 652
25 Avqust 11:15
2 807
25 Avqust 11:13
2 702