29 Avqust 11:17
28 Avqust 14:41
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
"Tarixlə tarixçi alimlər məşğul olmalıdır"-Qüdrət Həsənquliyev
16 Yanvar 2025 13:29
10 682
Vətəndaşlıq Qeydiyyatı İdarəsinin rəsmiləri Tohid Maknətinin yeni doğulmuş körpəsinə “Türkay” adını qoymaqdan imtina edib və 4 ay müddətində uşağı şəxsiyyət vəsiqəsi olmadan saxladıqdan sonra ona başqa adla doğum haqqında şəhadətnamə veriblər.
Gunaz.tv
Bu barədə Maknəti ailəsinə yaxın mənbə Balamın Adı kampaniyasına danışıb:
“Körpə 2022-cü il sentyabrın 1-də dünyaya gəlib və valideynləri onun üçün Türkay adını seçiblər. Amma Salmas Vətəndaşlıq Qeydiyyatı İdarəsinin əməkdaşları bu adın “qadağan olunmuş adlar” arasında olduğunu və ona doğum haqqında şəhadətnamə verməyəcəklərini bildiriblər. Vətəndaşlıq qeydiyyatı şöbəsində törədilən təxribat nəticəsində uşaq 4 ay şəxsiyyət vəsiqəsi olmadan qalıb. Bu müddət ərzində valideynlər açıq bazar qiymətinə süd tozu almağa məcbur olublar və onlar tibbi sığortadan məhrum olduqları üçün uşağın müalicə xərclərini özləri ödəməli olublar. Uşağın doğum haqqında şəhadətnaməsi olmadığına görə yaranan problemlərə səbəbindən valideynləri sonda ona Alpay adı ilə doğum haqqında şəhadətnamə almaq məcburiyyətində qalıblar.” - deyə məlumatda bildirilib.
Qeyd edək ki, 2021-cü ildə Cavad İmaminin ailəsi 8 aylıq hüquqi mübarizədən sonra 2022-ci ildə, bir Təbrizi ailə isə 4 aylıq hüquqi mübahisədən sonra, başqa bir Təbrizli ailə isə 2023-cü ildə bir il davam edən mübarizədən sonra "Türkay" adına doğum haqqında şəhadətnamə ala bilmişdilər. Bütün bunlara baxmayaraq, "Türkay" adı “icazə verilən adlar siyahısı”na daxil edilməmişdir.
28 Avqust 10:48
1 652
25 Avqust 11:15
2 807
25 Avqust 11:13
2 702