Rubio "G7" görüşünün əsas mövzularını açıqlayıb
9 Noyabr 12:40
9 Noyabr 12:40
9 Noyabr 12:24
Şoyqu: Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması öz nəticəsini verir
Özgür Özəl Prezident İlham Əliyevə zəng edib, Zəfər Günü ilə bağlı təbrikini çatdırıb
“İMZA” İctimai Birliyi tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Milli Gənc Tamaşaçılar Teatrında Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub
17 Yanvar 2025 17:27
11 011
Tehran əyalətinin Apellyasiya Məhkəməsinin 36-cı şöbəsi 10 azərbaycanlı mədəni fəalın apellyasiya şikayətini rədd edərək, ilkin məhkəmə instansiyasının verdiyi ağır həbs cəzasını təsdiqləyib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə insan haqları təşkilatları məlumat yayıb.
Azərbaycanlı fəallar “casusluq”da, “milli təhlükəsizliyə qarşı fəaliyyət”də, “ölkənin təhlükəsizliyinə qarşı toplaşmaq və əlbir olmaq”da ittiham olunurlar.
Məhkəmənin qərarına görə, Ayaz Seyfxah 14, Araz Aman Zərrinabad 13, Bağır Hacızadə Məzrəə 13, Kərəm Mərdanə Məstəlibəyli 11, Tahir Nəqəvi 6, Salar Tahir Əfşav 5, Mürtəza Pərvin Cuda 6, Həsən İbrahimi 3, Səid Minayi Qışlaq 5 və Fatimə Atəş Xiyavinəsəb 5 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, adı çəkilən fəallar 2024-cü ilin fevral ayında Güney Azərbaycanın müxtəlif şəhərlərində saxlanılaraq Evin həbsxanasına köçürülüblər.
Onlardan bir neçəsi dindirildikdən sonra girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılsa da, əksəriyyəti həbsdə saxlanılıb.
4 Noyabr 12:28
2 807
4 Noyabr 12:28
2 632
30 Oktyabr 10:53
4 207