29 Avqust 11:17
28 Avqust 14:41
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
"Tarixlə tarixçi alimlər məşğul olmalıdır"-Qüdrət Həsənquliyev
31 Yanvar 2025 09:44
10 073
Azərbaycan dayanıqlı inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyən edib.
“APA-Economics” xəbər verir ki, bunu BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi (2026-2030-cu illər) “Yüksək Səviyyəli Strateji Prioritetləşdirmə” seminarında çıxışı zamanı Azərbaycan iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli deyib.
O bildirib ki, ölkəmiz BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərini (DİM) qəbul edərək, onları dövlət strategiyalarına inteqrasiya edib. 50-dən çox dövlət proqramı və strategiya DİM-lərlə uyğunlaşdırılıb, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb. Azərbaycan BMT-nin Yüksək Səviyyəli Forumuna artıq 4-cü Könüllü Milli Hesabatını təqdim edib. “Ölkəmiz "yaşıl enerji", rəqəmsal iqtisadiyyat və innovasiyalara əsaslanan iqtisadi model qurmaq üçün strateji addımlar atır. İşğaldan azad edilmiş ərazilərdə "Ağıllı şəhər", "Ağıllı kənd" və "Yaşıl enerji zonası" konsepsiyaları həyata keçirilir. Azərbaycanın 18-ci DİM kimi mina təhlükəsizliyinin tanınması təşəbbüsü isə dayanıqlı inkişafa yönəlmiş siyasətimizin bariz nümunəsidir” - nazir müavini qeyd edib.
Səməd Bəşirli həmçinin əlavə edib ki, hazırda icrası başa çatan 2021-2025-ci illər üçün Çərçivə Sənədi dörd əsas prioriteti əhatə edib. Bunlar inklüziv artım, güclü institutlar, ətraf mühitin qorunması və gender bərabərliyidir. Son illərdə BMT ilə birlikdə 142 milyon ABŞ dolları həcmində layihələr icra edilib.
28 Avqust 10:48
1 645
25 Avqust 11:15
2 807
25 Avqust 11:13
2 695