29 Avqust 11:17
28 Avqust 14:41
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
"Tarixlə tarixçi alimlər məşğul olmalıdır"-Qüdrət Həsənquliyev
28 Fevral 2025 13:41
11 578
Bir sıra vətəndaşlar və ətraf mühit fəalları Araz çayının çirklənməsi ilə bağlı təcili tədbir görülməsi və prezident Məsud Pezeşkiandan şəffaf hesabat tələb etmək məqsədilə kampaniyaya başlayıblar.
Gunaz.tv
Bu məqsədlə vətəndaşlar Məsud Pezeşkiana açıq sorğu ünvanlayıblar:
“Son illərdə hökumətlərin diplomatik və təhlükəsizlik maraqları naminə Araz çayının çirklənməsi ilə bağlı mühüm və həyati əhəmiyyət kəsb edən məsələ gizlin saxlanılmağa çalışılsa da artıq bu gedişat çayın ekosistemini və ətrafda yaşayan insanların sağlamlığını təhdid edir. Vətəndaşların qanuni hüquqlarını qorumağa and içmiş şəxslər kimi sizdən bu məsələyə şəffaf yanaşmağınızı, hesabatlı olmağınızı gözləyirik.” - deyə müraciətdə bildirilib.
Bu onlayn kampaniyanı imzalayanlar çirklənmənin miqyası, çirklənmənin mənşəyi və səbəbkarları, aparılan monitorinq və araşdırmalar, çirklənmənin aradan qaldırılması üçün gələcək tədbirlər və Araz çayının statusu ilə bağlı aydın və şəffaf hesabatın dərc olunmasını tələb ediblər.
Qeyd etmək lazımdır ki, Araz çayı Ərdəbil, Şərqi Azərbaycan və Qərbi Azərbaycan əyalətlərinin mühüm su ehtiyatlarından biri kimi illərdir ki, ciddi ekoloji problemlərlə üzləşir. Ermənistandan çaya sənaye və mədən tullantı sularının daxil olması ilə bağlı müxtəlif ekspertlər və KİV-lər tərəfindən çoxlu məlumatlar dərc olunub və bu çirklənmənin yerli icmaların sağlamlığı və regionun ətraf mühiti üçün təhlükəsi barədə xəbərdarlıqlar yer alıb.
Araşdırmalara görə, bu çayın suyunu çirkləndirən əsas elementlər əsasən Ermənistandakı elektrik stansiyaları və mədənlərdə hasil edilən alüminium, mis, manqan, molibden, qurğuşun və vanadiumdur.
28 Avqust 10:48
1 638
25 Avqust 11:15
2 800
25 Avqust 11:13
2 688