29 Avqust 11:17
28 Avqust 14:41
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
"Tarixlə tarixçi alimlər məşğul olmalıdır"-Qüdrət Həsənquliyev
6 Mart 2025 13:16
12 292
İran Premyer Liqasının 1/4 final mərhələsinin ilk oyununda Urmiyanın "Şəhrdari" voleybol komandası öz meydanında Tehranın "Sənətgərane Omid" komandasını qəbul edib.
Gunaz.tv
Qarşılaşma Urmunun "Durnalar yuvası" (Qədir) idman komplesində keçirilib.
6 min tamaşaçının alqışı və dəstəyi ilə müşayiət olunan qarşılaşma Azərbaycan təmsilçisinin tehranlı rəqibi üzərində 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Bununlada "Şəhrdari" komandası turnir cədvəlinin birinci pilləsindəki mövqeyini qoruyub saxlayıb və çempionluğa bir addım daha yaxınlaşıb.
İki komandanın cavab oyunu martın 10-da Tehranda keçiriləcək.
Oyun zamanı aralarında yüzlərlə xanım tərəfdarın da olduğu zala toplaşan azərbaycanlı tamaşaçılar türk dilində şüarlar səsləndirib, İran parlamentinin ana dilləri ilə bağlı qərarına etiraz ediblər.
"Traktor" komandasının formasının rəngində, qırmızı geyinən xanım tərəfdarlar üzərində "Eşqim Urmiya", "Yaşasın Azərbaycan" və başqa bu kimi plakatlar qaldırıblar.
28 Avqust 10:48
1 638
25 Avqust 11:15
2 800
25 Avqust 11:13
2 688