29 Avqust 11:17
28 Avqust 14:41
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
"Tarixlə tarixçi alimlər məşğul olmalıdır"-Qüdrət Həsənquliyev
1 Aprel 2025 14:36
10 815
İran parlamentində Urmiyanın nümayəndəsi titulunu daşıyan Hakim Məmkan Qaqarin “Urmiya qəssabı” kimi tanınan İsmayıl Simkonun fotosunun altında xatirə şəkli çəkdirib.
Gunaz.tv
İsmayıl Simko (Smitko) I Dünya Müharibəsi illərində rus və fransızların dəstəklədiyi ermənilərin hücumları və qırğınları nəticəsində Urmiya və Salmas şəhərlərinin müdafiə quruluşu dağıldığı vaxt bu şəhərlərə hücum edərək Qərbi Azərbaycanda türk xalqının canına, malına, namusuna qəsd etməyə, talan etməyə çalışan şəxsdir.
İsmayıl Simkonun törətdiyi cinayətlər və faciələr hələ də bölgə əhalisinin yaddaşındadır və Rəhmətullah Xan Mötəməd Əl-Vazeh "Urmu dünyanı yandıran müharibədə" kitabında və Qulam Xan Heşmət “Moyeh-e-Şəhr Qərib” kitabında həmin faciələri günbəgün qələmə alıblar.
İndi isə onun nəvəsi Qaqarin və oğlu Arman “Simko” qaçaqmalçı və terrorçu dəstəsinin başçıları olub, babalarının yolunu davam etdirirlər. Bu dəstə SEPAH-ın icazəsi ilə bölgənin narkotik ticarətinin bir hissəsinə nəzarət etməklə yanaşı, həm də SEPAH ilə PKK arasında əlaqə rolunu oynayır və lazım gəldikdə Zindəşti çetesi ilə terror əməliyyatlarında iştirak edirlər.
Bu hadisələrdən biri də İnqilab Keşikçiləri Korpusunun 2022-ci ildə İstanbulda israilli turistlərə sui-qəsd cəhdi olub. Terror əməliyyatlarını koordinasiya etmək üçün Türkiyəyə gedən Simko qruplaşmasının bəzi üzvləri və liderləri Türkiyə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmişdillər.
Hazırda Qərbi Azərbaycanın dağlarında PKK düşərgələrinin yaradılması, Qərbi Azərbaycanda PKK-nın şəhər quruluşu, Zindəşti və Simko dəstələrinin rəhbərlik etdiyi mafia quruluşları Qərbi Azərbaycanın təhlükəsizliyini təhdid edən ciddi təhdidlərdəndir.
28 Avqust 10:48
1 638
25 Avqust 11:15
2 800
25 Avqust 11:13
2 688