29 Avqust 11:17
28 Avqust 14:41
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
"Tarixlə tarixçi alimlər məşğul olmalıdır"-Qüdrət Həsənquliyev
9 Aprel 2025 11:41
9 261
Rəştdə yaşayan Nemət Abbasi, azərbaycanlı vəkil Əsgər Məhəmmədinin köməkliyi ilə, 63 gün davam edən hüquqi çəkişmədən sonra Vətəndaşlıq Qeydiyyatı İdarəsini Sevgi adlı qızına doğum haqqında şəhadətnamə verməyə məcbur edib.
Gunaz.tv
Bu barədə Nemət Abbasi Balamın Adı kampaniyasına danışıb.
"Qızımız 2024-cü il dekabrın 31-də doğuldu və mən həyat yoldaşımla onun üçün Sevgi adını seçdik. Rəşt Vətəndaşlıq İdarəsinin rəsmiləri bu adın Seçim Sistemində mövcud olmadığı üçün doğum haqqında şəhadətnamə verilməyəcəyini açıqladılar. Biz nə qədər türk olduğumuzu və bu adın türk adı olduğunu desək də, onlar bunu qəbul etmədilər. Biz sistemdə Sevgi adının olduğunu sübut edərək onlara etiraz etdik, ancaq Tehranda yerləşən 7 nəfərlik ad seçim komissiyası bizim etirazımızı rədd etdi və bu türk adının qeydiyyata alınmasına qarşı çıxdı. Bundan sonra biz Azərbaycanlı hüquqşünas cənab Əsgər Məhəmmədinin köməkliyi ilə məhkəməyə şikayət verməklə hüququmuzu həyata keçirdik."
Məhkəmə qərarının bir hissəsində deyilir: “Uşağın adının qadağan olunmuş ad olmadığını və bu adla doğum haqqında şəhadətnamənin əvvəllər Şərqi Azərbaycan vilayətində verildiyini nəzərə alaraq ədalət tərəzisi yeni doğulan körpənin valideynlərinin xeyrinə dönməlidir."
Xatırladaq ki, Vətəndaş Qeydiyyatı Təşkilatının türk adlarına qarşı çıxma taktikalarından biri də türk adlarını “qadağan olunmuş adlar siyahısı”ndan çıxarmamaqdır.
28 Avqust 10:48
1 631
25 Avqust 11:15
2 793
25 Avqust 11:13
2 681