29 Avqust 11:17
28 Avqust 14:41
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
"Tarixlə tarixçi alimlər məşğul olmalıdır"-Qüdrət Həsənquliyev
18 Aprel 2025 13:34
10 388
Təbriz Vətəndaşlıq Qeydiyyatı Şöbəsinin rəsmiləri “Sevgi” adlı uşağa doğum haqqında şəhadətnamə verməkdən imtina edir və keçmişdə bu ada dəfələrlə sənəd verilməsinə baxmayaraq onu 50 gündür doğum haqqında şəhadətnaməsiz saxlayırlar.
Gunaz.tv
Bu barədə uşağın atası Novruz Bədri Balamın adı kampaniyasına danışıb.
"Qızımız 2025-cü il fevralın 25-də dünyaya gəlib. Biz onun üçün Sevgi adını seçsək də Təbriz Vətəndaş Qeydiyyat İdarəsinin Lalə şöbəsi təşkilatın ad seçim sistemində bu adın olmadığını bildirdilər və adı yalnız Sogi şəklində qeydiyyata ala biləcəklərini dedilər. Biz isə öz növbəmizdə vəkil tutduq və məhkəməyə şikayət etməklə adı doğru formada qeydiyyata aldıra bildik. Problem oldur ki, necə olur, məhkəmənin qərarından sonra vətəndaşlıq qeydiyyatı sistemi həmzə hərfini qəbul edir və adı Sevgi kimi qeydiyyata sala bilir, amma məhkəmənin qərarı olmadan sistem bunu qəbul etmir?! Nə üçün vətəndaşlar türk adı seçmək üçün bu qədər prosesdən keçməlidirlər?"
Qeyd edək ki, İranda Vətəndaş Qeydiyyat İdarələri ana-ataları uşaqlarına türk adları seçməkdən çəkindirmək üçün müxtəlif süründürməçilik yollarına əl atır. Bu yolla onlar valideynləri türk adlarından imtina etməyə sövq edirlər. Çünki doğum haqqında şəhadətnamə olmayan uşaqlar peyvənd oluna bilmir və süd tozu əldə edə bilmirlər. Uşaqlarının sağlamlığı və qidalanması üçün narahat olan ana-atalar isə zaman-zaman türk adlarından imtina etmək məcburiyyəıtində qalırlar.
28 Avqust 10:48
1 631
25 Avqust 11:15
2 793
25 Avqust 11:13
2 674