29 Avqust 11:17
28 Avqust 14:41
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
"Tarixlə tarixçi alimlər məşğul olmalıdır"-Qüdrət Həsənquliyev
17 May 2025 16:30
10 101
Xalq Bank "Xalq Əmanəti" layihəsi çərçivəsində 25-ci kitabını təqdim edir. Bu nəşr Cənubi Azərbaycan poeziyasına həsr olunub. APA xəbər verir ki, kitabda Güney Azərbaycanda doğulmuş, müxtəlif ədəbi təmayül və cərəyanları təmsil edən, XX əsrin əvvəllərindən günümüzə qədərki dövrdə yazıb-yaratmış 50 azərbaycanlı şairin fərqli mövzularda və janrlarda qələmə aldıqları seçmə şeir və poemaları, eləcə də qəzəlləri toplanıb. Müəlliflərin sırasında adını Azərbaycan ədəbiyyatı tarixinə yazmış böyük şairlərimizlə yanaşı, çağdaş dövrün istedadlı gənc ədiblərinin də isimləri vardır. XX-XXI əsrlər bütöv Azərbaycanın ədəbi mənzərəsini görmək üçün vasitə olaraq ərsəyə gələn "Güney Azərbaycan poeziyası. Seçmələr" kitabı həm də keşməkeşli tariximizi əks etdirir. "Xalq Əmanəti" layihəsi ASC "Xalq" Bankı tərəfindən 2010-cu ildən etibarən həyata keçirilir. Layihə Azərbaycan xalqının mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərinin dünyaya tanıdılması məqsədini daşıyır. Layihə çərçivəsində nəşr olunan kitablar – Azərbaycan, ingilis, rus dillərində çap olunur. Nəşrlər ölkənin ali və orta təhsil müəssisələri, uşaq evləri və kitabxanalar, müxtəlif fondlar, dövlət müəssisələri, xarici ölkələrin Azərbaycanda və Azərbaycanın xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqlarına, dünyanın böyük muzeylərinə, kitabxanalarına, eləcə də sənətsevərlərə hədiyyə olunur. Bu günədək Xalq rəssamları Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Xalidə Səfərova, Mikayıl Abdullayev, xalça rəssamı Lətif Kərimov, eləcə də Ələkbər Rzaquliyev, Tağı Tağıyev, Mahmud Tağıyev, Vəcihə Səmədova, Kamal Əhməd, Şamo Abasov, Cahid Camal, Fazil Əliyev, Rza Məmmədov, Gennadi Brijatyuk, Qorxmaz Sücəddinov, şəhid-heykəltaraş Samir Kaçayevin əsərlərindən ibarət sərgilər təşkil edilib və bədii albomlar nəşr olunub. Xalq şairləri Məmməd Araz, Hüseyn Arif, Xəlil Rza Ulutürk, Zəlimxan Yaqub, unudulmaz Mikayıl Müşfiqin və Hökumə Billurinin seçilmiş əsərləri, görkəmli alim-numizmat, professor Əli Rəcəblinin "Azərbaycan sikkələri" kitabı, "Aşıq ədəbiyyatı antologiyası" üçcildliyi, həmçinin dünya şöhrətli şair-mütəfəkkir Mirzə Şəfi Vazehin Azərbaycan, alman və rus dillərində "Bütün əsərləri" işıq üzü görüb.
28 Avqust 10:48
1 610
25 Avqust 11:15
2 772
25 Avqust 11:13
2 653







