
“Bu, Azərbaycanın artan beynəlxalq nüfuzunu bir daha təsdiqlədi”
18 Oktyabr 20:32
18 Oktyabr 20:32
18 Oktyabr 12:10
17 Oktyabr 18:26
17 Oktyabr 16:55
Qarsda Türk Dünyasının Elmi Birliyini Gücləndirən Beynəlxalq Simpozium Keçirilib
Qəzzanın cənubunda yenidən toqquşmalar başlayıb, Netanyahu Orduya əmr verib - YENİLƏNİB-4
Ukrayna Ordusu Rusiyada neft və qaz emalı zavodlarına zərbə endirib
Oktyabrın 22-dək fasilələrlə yağış yağacaq, leysan olacaq, dolu düşəcək
Güney Azərbaycanda ilk dəfə Təbriz Universitetində Türk Dili və Ədəbiyyatı Elmi Qurumunun pavilyonu quruldu
Gunaz.tv
Təbriz Universitetinin Türk Dili və Ədəbiyyatı fakültəsinin tələbələri 18-ci Beynəlxalq Hərəkət Festivalı ilə eyni vaxtda İngilis Dili və Ədəbiyyatı Departamenti ilə birgə stend təşkil edərək bu yeni yaranmış sahəni tanıtdılar.
Bu pavilyonda türk dilində tarixi, ədəbi, şeir və bədii kitablardan ibarət zəngin kolleksiya nümayiş etdirilib.
Bu pavilyonun diqqət çəkən cəhətlərindən biri də bölgənin mədəniyyətini və tarixi kimliyini gözəl əks etdirən əsl Azərbaycan qadın və kişi geyimlərinin nümayiş etdirilməsi olub.
Türk Dili və Ədəbiyyatı Tələbə Elmi Dərnəyinin katibi Səccad Səburi stendlə bağlı öz fikirlərini bölüşüb:
“Türk Dili və Ədəbiyyatı Elmi Dərnəyi tələbələrin gecə-gündüz səyləri sayəsində ilk dəfə idi ki, “Hərəkət” festivalında iştirak edirdi. Deyə bilərik ki, bu hələ başlanğıcdır və qarşıda bizi uzun bir yol gözləyir. İlk dəfə belə bir tədbirdə iştirak etməyimizə baxmayaraq, stendimiz qonaqlkar tərəfindən böyük rəğbətlə qarşılandı. Bu, tələbələrin əsl Azərbaycan mədəniyyətinə, türk dili və ədəbiyyatına olan sevgisinin göstəricisidir.” - deyə o bildirib.